Gürcüstanın Kaxetiya rayonunda fəallardan ibarət təşəbbüs qrupu Telavi şəhərinin mer seçkilərinə qoyunun namizədliyini irəli sürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Novosti-Qruziya” saytı xəbər yayıb. Xəbərdə deyilir ki, sarkazmın səbəbi Telavinin özünüidarəetmə statusunun ləğvidir. Qərara etiraz edən fəallar Gürcüstanda oktyabrın 21-də keçiriləcək seçkilərə mövqelərini bu şəkildə bildirib. Eyni zamanda onlar əhalini seçki bülletenlərinə “qoyun” sözü əlavə edərək, həmin “namizədə” səs verməyə çağırıb.
Təşəbbüs qrupu hesab edir ki, şəhər merliyinə kimin seçilməsindən asılı olmayaraq, idarəetmə mərkəzi hakimiyyətin əlində olacaq. Sözügedən addımla onlar problemlərin həllinə diqqət çəkməyə çalışıb.