Marsel vağzalında iki qadının ölümü ilə nəticələnən olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” məlumat verib. İnsident Fransanın Marsel şəhərində, Sen-Şarl dəmiryol vağzalında baş verib. Belə ki, bıçaqla silahlanmış şəxs qəfildən insanlara hücum edərək qarşısına gələni vurmağa başlayıb. Ağır xəsarətlər alan iki qadın yerindəcə keçinib. Fransa DİN naziri Jerar Kolonun açıqlamasına görə, onların hər ikisi 20 yaşlarında olub.
Hücum edən şəxs hərbçilər tərəfindən məhv edilib. Hadisədən dərhal sonra bağlanan dəmiryol vağzalı isə 4 saat sonra işini bərpa edib.
Son məlumata görə, İŞİD Marsel olayını özünün təşkil etdiyini bəyan edib.