İraq Müdafiə Nazirliyi İraqın kürd muxtariyyətinin Türkiyə və İranla sərhəd-keçid məntəqələrinə nəzarəti ələ keçirməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, Müdafiə Nazirliyi, Bağdad rəhbərliyinin, İran və Türkiyə ilə koordinasiyalı şəkildə sərhəd məntəqələrinə nəzarəti təmin edəcəyini bildirib. Açıqlamada qeyd edilir ki, İraq sözügedən ölkələrlə koordinasiyalı şəkildə sərhəd qapılarına nəzarəti ələ keçirməyi planlaşdırır.
Dünən Bağdadın yaydığı başqa bir məlumatda isə bildirilir ki, artıq İraq hərbi konvoyu kürdlərin nəzarətində olan sərhəd məntəqələrinə doğru yola çıxıb.
Qeyd edək ki, kürd muxtariyyəti Bağdadın sərhəd məntəqələrinə nəzarətin mərkəzi hakimiyyətə verilməsi tələbini rədd edib.
Bu arada İraq hökumətinin Şimali İraq bölgəsinə uçuşların dayandırıldığını bildirib. Bu qərar kürd muxtariyyətinin nəzarətində olan Süleymaniyyə, Ərbil və Dohuku əhatə edir, Kərkük isə buraya daxil deyil. Suriyaya yaxın mənbələrin yaydığı bir məlumata görə, isə İraq Hərbi Hava Qüvvələri bu ərazidə icazəsiz uçun təyyarələrin vurulmasına da “yaşıl işıq” yandırıb.