Rusiyanın nəhəng neft şirkəti “Qazpromneft” İraqın kürd bölgəsindəki Halepçə neft yatağının işlənməsilə bağlı razılaşmadan imtina edib. Baki-xeber.com xəbər verir ki, bu barədə şirkətin Orta Şərq direktoru Sergey Petrov açıqlama verib.
Petrov bildirib ki, neft quyusunun işlənməsində çətinliklər və bölgədəki qarşıdurmalardan sonra aşkarlanmamış minalara görə, İraq kürd muxtariyyəti ilə sözügedən neft quyusunun işlənməsindən imtina olunub.
Bölgədəki geosiyasi risqlərin azaldılması üçün əhəmiyyətli dərəcədə investisiyaya ehtiyac olduğuna işarə edən Petrov, "ancaq mövcud vəziyyətdə risqlər çox yüksəkdir" deyə bildirib.
Qeyd edək ki, “Qazpromneft”in İraqda yer aldığı dörd layihədən üçü Şimali İraqda yerləşir.