İraq ordusu bu gün İraq kürd muxtariyyəti ilə mübahisəli ərazilərə girə bilər. Baki-xeber.com xəbər verir ki, ordu bu məqsədlə rəhbərliyin, xüsusilə baş nazir Haydar əl-İbadinin əmrini gözləyir.
İraq ordusundakı mənbənin “Sputnik”ə verdiyi məlumata görə, İraq əsgərləri kürd bölgəsilə mübahisəli ərazilərə girmək üçün artıq hazır vəziyyətə gətirilib.
"Hazırlıqlar yekunlaşdıran hərbi qüvvələr mübahisəli ərazilərə girmək üçün İbadininəmrini gözləyir", - mənbə deyib.
Qeyd edək ki, iki gün əvvəl İraq parlamenti İbadiyə kürd bölgəsinə ordu göndərmək səlahiyyəti verib.