ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşner, çox güman, seçki ərəfəsində Nyu Yorkda qeydiyyatdan qadın qismində keçib.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə Amerikanın “Wired” jurnalı çıxış edib. Nyu York ştatının seçki komissiyasının materiallarına istinad etdiyini yazan jurnalın bildirdiyinə görə, 1981-ci il təvəllüdlü Kuşnerin seçki anketində “cinsi” bölümündə onun qadın olduğu göstərilib. Anketdən o da bəlli olur ki, o, seçici kimi 2009-cu ildə qeydiyyatdan keçib, sonuncu səsverməsini isə ötən ilin noyabrında edib.
CNN telekanalı Ağ Evin məsələ ilə bağlı şərh verməkdən imtina etdiyini bildirib. “The New York Times” isə, Kuşner də daxil olmaqla, Trampın azı altı müşavirinin iş yazışmaları üçün şəxsi poçtundan istifadə etdiyinə diqqət çəkib.