Pentaqon rəhbəri Ceyms Mettisin Əfqanıstana səfəri qanlı olaylara səbəb olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” yazır. Xəbərə görə, Mettisin gəlişi ərəfəsində silahlılar Kabil aeroportunu atəşə tutub. Buna cavab olaraq ABŞ HHQ silahlıların mənzilləndiyi ərazini bombalayıb. Lakin hələlik bilinməyən səbəbdən dinc əhalinin olduğu yaşayış məntəqəsi də atəşə məruz qalıb. İlkin məlumata görə, buna səbəb atış silahlarından birindəki nasazlıq olub. Təfərrüatlar bəlli deyil.