Mosva İraqın ərazi bütövlüyünü tanıyır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya XİN-in İraq Kürdüstanında keçirilən müstəqillik referendumu ilə bağlı yaydığı açıqlamada deyilir və Bağdadla Ərbil aralarındakı bütün mübahisəli məsələlərin konstruktiv dialoqla həllinə çağırılır. Rusiya XİN-in saytına yerləşdirilən açıqlamada həmçinin bildirilir ki, Moskvanın, bütün Yaxın Şərq ölkələrinə olduğu kimi, dost İraqa münasibətdə də onun ərazi bütövlüyünə və suverenliyinə dəstəyi dəyişmir.
Xatırladaq ki, İraq Kürd Muxtariyyəti bazar ertəsi özünün müstəqilliyilə bağlı referendum keçirib. İraq hökuməti isə bunu qeyri-legitim adlandırıb və Muxtariyyətlə bu mövzuda danışıqlar aparmayacağını bəyan edib. Eyni zamanda Türkiyə, İran, ABŞ kimi ölkələr və BMT referendumun keçirilməsinə qarşı çıxıb.