Ukraynanın Vinnitsa vilayətinin Kalinovka qəsəbəsində yerləşən silah anbarında intensiv partlayışlarla müşayiət olunan yanğın baş verib.
Baki-xeber.com-un xəbərinə görə, ətraf qəsəbələrin əhalisi təcili təxliyə olunub. Partlayışlar nəticəsində iki nəfərin xəsarət aldığı xəbər verilir. Rusiya mətbuatının xəbərinə görə, anbarda “Smerç”, “Uraqan”, “Qrad” tipli atış sistemlərinin raketləri saxlanır. Ukrayna hökuməti 50 kilometrlik radiusda ərazinin hava məkanını bağlayıb.
Hazırda ərazidə sapyorlar işləyir. Baş Qərargahdan verilən məlumata görə, ərazinin tam yoxlanışının ardından insanların evlərinə qayıtmasına qərar veriləcək.