Dünən iraq kürdüstanında Məsud Bərzaninin keçirdiyi referendum bölgədə ciddi mənfi olaylara yol açıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, proses ərəfəsində 500-ə yaxın PKK silahlısı Qəndildən enərək Bərzani peşmərgələrinə dəstək üçün bölgəyə gəlib. Referendum günü və sonrası “təhlükəsizliyi təmin etmək üçün” gəldikləri bildirilən PKK-çıları peşmərgə komandanları böyük təntənə ilə qarşılayıb. Ərbilin küçələrində Qəndildən gələn qonaqların şərəfinə PKK bayraqları və terrorçubaşı Abdullah Öcalanın portretləri ucaldılıb. Bütün bunlar isə Ərbildəki digər etnik azlıqların qəzəbinə səbəb olub və gərginliyi artırıb. Onlar arasında atışmaların ola biləcəyi istisna edilmir.