Xəbər verildiyi kimi İraqın şimalındakı kürd muxtariyyəti dünən, dünya ölkələrinin etirazlarına baxmayaraq, separatçı referendum keçirdi. Baki-xeber.com xəbər verir ki, elə həmin gün İraqın Səlahəddin əyalətinin Tuzhurmatu əyalətində siə silahlı qrupu Haşdi Şabi ilə kürd peşmərgələri arasında silahlı qarşıdurma olub.
Hadisə nəticəsində bir peşmərgə ölüb, bir nəçə nəfər isə yaralanıb.
İraq ordusu ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan, əsasən şiələrdən ibarət olan Haşdi Şabi bəyan edib ki, növbəti hədəfləri Kərkük olacaq. "Bizim növbəti hədəfimiz Kərkük və mərkəzi hakimiyyətin əmrlərinə tabe olmayan qanunsuz birləşmələr tərəfindən işğal edilmiş digər mübahisəli bölgələr olacaq", - deyə Haşdi Şabi komandirlərindən Kərim Nıri bildirib.
Ancaq Bağdad administrasiyasının Haşdi Şabinin Kərkükə girməsini rəsmən istəyib-istəmədiyi məlum deyil.
Kərkük hazırda kürd peşmərgələrin nəzarətindədir.