Məsud Bərzaninin bütün aparıcı ölkələrini qarşısına alaraq İraq Kürdüstanında müstəqillik referendumu başlatmasının ardından Türkiyə bu ölkə ilə əlaqələrini yenidən gözdən keçirməyə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, Ankaranın bu istiqamətdə ilk həmləsi Habur sərhəd qapısını birtərəfli bağlaması oldu. Hazırda İraqdan Türkiyəyə keçid mümkün deyil, Türkiyədən isə bu ölkəyə yalnız TIR-lar keçir.
Xəbərdə həmçinin deyilir ki, Türkiyənin təhlüksizlik tədbirləri sırasında beynəlxalq və ikitərəfli anlaşmalardan tutmuş əsgər seçiminə qədər bütün əlaqələrə yenidən baxılması yer alır.
İraq kürdlərinin referendumu ilə bağlı Türkiyə XİN də açıqlama yayaraq, Türkiyənin beynəlxalq hüququn və TBMM-nin verdiyi səlahiyyətlər çərçivəsində bütün tədbirləri görəcəyini bildirib, eyni zamanda Türkiyə vətəndaşlarına səyahət və təhlükəsizlik xəbərdarlığı edib.