Bu gün səhər saatlarından İraq Kürdüstanında referendum başlayıb.
Baki-xeber.com-un İRNA-ya istinadən verdiyi xəbərə görə, səsvermə 12 saat davam edəcək.
Xatırladaq ki, qlobal miqyasda etirazlara rəğmən, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi qərarından geri çəkilmədi. İraq hökuməti və parlamenti referendumu qanunsuz elan edərək ölkə konstitusiyasına zidd olduğunu bildirib və nəticələrin tanınmayacağını bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumu təxirə salmağa çağırıb. Eyni zamanda Türkiyə və İran dövlət başçıları da İraq dövləti ilə həmrəylik nümayiş etdirib və İraqın bölünməsini yolverilməz adlandırıb. Bərzani isə geriyə addım atmayacaqlarını deyib və bildirib ki, sonunda ölüm də olsa, buna gedəcəklər.