“ABŞ nəinki proqnozlaşdırılmayan ölkədir, hətta ona heç bir halda güvənmək olmaz”.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri bu ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif Amerikanın CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İranın nüvə razılaşması nə ikitərəfli, nə də çoxtərəfli sənəddir: “Bu, ABŞ-ın da daimi üzvü olduğu BMT Təhlüksizlik Şurasının qətnaməsidir”.
Zərif deyib ki, ABŞ bu gün beynəlxalq danışıqlarda etibarlı tərəfdaş olmadığını və ona güvənilməsinin yanlış olduğunu göstərdi. “Beynəlxalq birlik bu gerçəyi dərk etməlidir”- o deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında İranla bağlanmış nüvə razılaşmasını “ABŞ tarixində ən pis anlaşma” adlandırıb.