Moskvanın Ximki rayonunda ”Meqa” və Mıtişşidə “İyun” ticarət mərkəzlərində bomba həyəcanı ilə insanlar evakuasiya olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə mətbuata Moskva vilayətinin ekstremal xidmətlər bürosundakı mənbəbildirib. Xəbərə görə, adları çəkilən ticarət mərkəzlərinə bomba qoyulması ilə bağlı xidmətə anonim zəng daxil olub. Lakin təhlükəsizlik tədbirlərinin görülməsinə rəğmən, xəbərlər təsdiqini tapmayıb. Xidmətdən bildiriblər ki, ümumilikdə son illərdə bu tip zənglər üzündən minə yaxın obyektdən 350 mindən çox insan evakuasiya olunub və heç bir halda bu zənglər təsdiqini tapmayıb. Ötən həftə isə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu tip zəngləri İŞİD-ə bağlı şəxslərin təşkil etdiyi dəqiqləşdirilib. Onun sözlərinə görə, artıq kimliyi bəlli olan bu şəxslər beynəlxalq axtarışa veriləcək.