Suriyanın ən zəngin neft sahələrindən biri olan Deyrizorun şimal-şərqindəki ölkənin ən böyük qaz yatağı PKK/PYD terror təşkilatının əlinə keçib.
Baki-xeber.com xəbər verir ki, PKK/PYD ABŞ-ın dəstəyilə ölkənin şərqində İraq sərhədinə yaxın Deyrizor şəhərinin şimal-şərqində irəliləməkdə davam edir.
Yerli mənbələrin məlumatına görə, PKK/PYD, Deyrizorun ərazisində, Fərat çayının şərqindəki neft sahələrinin arasında olan ən böyük qaz yatağı "Konoko"nu ələ keçirib. Terror təşkilatı İŞİD-in çəkildiyi bölgələrdə irəliləyən PKK/PYD yaraqlıları, Fərat çayının şərqində qalan digər neft yataqlarını də ələ keçirməyi planlaşdırır.
İŞİD terrorçularının geri çəkildiyi İraqla sərhəd ərazidə 11 əsas neft yatağı var. Ən böyüyü "El Ömər" olan ölkənin ən zəngin neft yataqları da məhz bu ərazidə - Fərat çayının şərqində yerləşir.
Deyrizoru ikiyə bölən Fərat çayının şərqindəki El Ömər, Tanak, Vard, Afra, Kevar, Cafran, Carnuf, Azra, Kahar, Şueytat və Galban neft yataqları, təxmini hesablamalara görə, Suriyanın enerji qaynaqlarının üçdə birini təşkil edir.
Son üç ildə İŞİD bu neft yataqlarından milyonlarla dollar qazanıb.