İraq nüvə ölkələrinə müraciət edərək nüvə reaktorunun qurulması üçün yardım istəyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin XİN rəhbəri İbrahim əl-Cəfəri BMT Baş Assambleyasında bildirib. “İraq bu tribunadan nüvə dövlətlərinə müraciət edərək, dinc məqsədlərlə istifadə olunması üçün nüvə reaktorunun qurulması və onun texnologiyasının yaradılmasında yardım istəyir”- deyə onun müraciətində bildirilir.
“Reuters”-in xəbərinə görə, Cəfəri deyib ki, Nüvə silahlarının yayılmaması üzrə Müqaviləyə dayanaraq, İraq hökuməti atomun dinc məqsədlə istifadəsi və hər hansı diskriminasiyaya yol vermədən bu sahədə elmi tədqiqatlar aparılması üçün əldə olunmasında maraqlıdır və bu işdə dünya dövlətlərinin köməyinə ümid edir.