İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, saxlananların 31 nəfərinin əcnəbi olduğu bildirilir, lakin onların milli mənsubiyyəti açıqlanmır.
Məlumata görə, antiterror əməliyyatı çərçivəsində İstanbulda15 binada axtarış aparılıb. Saxlananlardan bir neçəsi Suriya və İraqda İŞİD sıralarında döyüşməkdə şübhəli bilinir. Qruplaşmaya aid xeyli sayda sənəd və elektron avadanlıq ələ keçirilib.