Keçmiş İraq prezidenti Cəlal Təlabaninin qurduğu Kürdüstan Vətənpərvər Birliyi (KYB) sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan, İraqın parçalanmasına aparan separatçı referendumunun ləğv edilməsinə çağırıb. Baki-xeber.com xəbər verir ki, KYB sözçüsü Mela Bəxtiyar Bərzanini beynəlxalq ictimaiyyətin təklifini nəzərə alınmağa səsləyib.
Bəxtiyar, KYB-nin bu fikirinin, səhər saatlarında Kürdüstan Demokrat Partiyası (KDP) siyasi bürosu və İraq Kürd Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzaniyə də çatdırıldığını deyib.
Ekspertlər Süleymaniyyə və Kərkük şəhərində güclü dəstəyə sahib olan KYB-nin referenduma 48 saat qalmış belə bir çağırış etməsini, Bərzaniyə dəstəyi dayandırması ilə izah edir. Təlabani cəbhəsinin bu addımının referendumun nəticələrinə də təsir edəcəyi ehtimal edilir.
KYB 25 sentyabr referendumunda Bərzaniyə ən çox dəstək verən 2-ci partiya idi.