ABŞ bir tərəfdən referenduma qarşı açıqlama versə də, digər tərəfdən Kərkükə əsgər göndərir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “yenisafak” xəbər yayıb. Xəbərdə deyilir ki, “şəhəri işğal üçün” gələn əsgərlərin sayı 700-ü keçib. Bir neçə günə isə bu sayın 3 minə çatacağı bildirilir. Eyni zamanda o da xəbər verilir ki, Ərbildə xüsusi təlim keçmiş bu əsgərlər referendumun əngəllənməsinə mane olacaq. 25 sentyabr referendumunun Kərkükün işğalının ilk mərhələsi olduğunu deyən Türkmən Cəbhəsinin Kərkük təmsilçisi Hazım Devlet referendum sonrası müstəqillik sənədinin şantaj vasitəsi olacağını deyib. Onun sözlərinə görə, Bərzani bəsdir deyənə qədər bütün istəkləri ABŞ və İsrail tərəfindən məhz bu şantaj vasitəsilə həyata keçəcək.
Xəbərdə artıq 13 konteynerlik silah-sursatın Kərkükə daşındığı da bildirilir.