Türkiyənin Hatay vilayətinin Yayladağı rayonuna Suriyadan atılan top mərmisi düşüb.
Baki-xeber.com-un “yenisafak”a istinadən xəbərinə görə, nəticədə ölən və yaralananlar olmasa da, Türkiyənin sərhəd qüvvələri mərminin atıldığı "səd rejiminin nəzarətindəki ərazilərə misli ilə qarşılıq verib.
Qeyd edək ki, mərminin düşdüyü Pulluaz Polis idarəsi Türkməndağının 500 metrlik məsafəsində yerləşir.