Moskvanın şərqində yerləşən Ufayev adına elektrik stansiyası yaxınlığında şübhəli predmetin aşkarlanması əlaqədar qurumları ayağa qaldırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İnterfaks” bildirib. Xəbərdə deyilir ki, tapılan predmet partlayıcı qurğuya oxşadığından, bir sıra ehtiyat tədbirləri görülüb və əraziyə FTB cəlb olunub. Lakin ətraflı müayinə nəticəsində tapılan predmetin hər hansı təhlükə yaratmadığı bəlli olub. Enerji nazirliyindən olayla bağlı verilən açıqlamada ərazidə terror təhlükəsi vəziyyətinin aradan qaldırıldığı, elektrik stansiyasının adi rejimdə işlədiyi xəbər verilir.