Meksikada zəlzələ qurbanlarının sayı 226 nəfərə çatıb. Bu barədə Trend Meksikanın Xilasetmə Xidmətinə istinadən məlumat verir.
Bundan əvvəl ölənlərin sayının 149 nəfər olduğu bildirilirdi.
Dağıntılar altında qalanlar var.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Qeyd edək ki, ötən gün Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.
“Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”. Bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, zəlzələdən dərhal sonra səfrilik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.
Məlum olub ki, zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
H.Hacıyev bildirib ki, hər nahsı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.