ABŞ Senatının qəbul etdiyi büdcə layihəsi Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını nəzərdə tutur. APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko özünün “Feysbuk” səhifəsində yazıb.
O qeyd edib ki, sənədlə rəsmi Kiyevə müdafiə xarakterli letal (öldürücü) silahların verilməsi təsdiqlənib.