İran parlamentinin spikeri Əli laricanı ABŞ-ı nüvə razılaşmasını pozmaqda suçlayıb.
Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, laricani deyib ki, ABŞ rəsmiləri birgə fəaliyyət planının üzərindən xətt çəkib. Urmiyalı nümayəndələrin qarşısında çıxış edən spiker ABŞ Konqresinin yeni qanun layihəsini təsdiqləməsini Nüvə proqramı üzrə razılaşmanın sonu adlandırıb. Bildirib ki, İranın bu razılaşmanın tələblərinə əməl etmədiyini iddia edənlər özləri onu tamamilə heçə sayıb.
İranlı spiker onu da deyib ki, ABŞ nüvə razılaşmasından tamamilə çəkilərsə, İran dərhal razılaşmadan öncəki status-kvoya qayıdacaq.