İspaniya Şimali Koreyanın bütün dünyanı qarşısına alaraq nüvə silahları və ballistik raket sınaqları keçirməsindən dolayı bu ölkənin Madriddəki səfirini “persona non-qrata” elan edib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, səfirə ölkəni tərk etməsi üçün sentyabrın 30-na kimi vaxt verilib. İspaniya xarici işlər naziri alfonso Dastis artıq verilən qərarın səfirin diqqətinə çatdırıldığını bildirib. BMT-nin 72-ci sessiyası çərçivəsində Nyu Yorkda olan Dastis jurnalistlərə açıqlamasında “dövlətlərarası sülh və əminamanlıq üçün ciddi təhdid olan KXDR-in nüvə proqramına qarşı belə bir qərar almaq zəruri idi”- deyə bildirib.
Xatırladaq ki, ötən həftələrdə analoji səbəbdən İspan hökuməti Şimali Koreyanın bir diplomatını ölkədən xaric etmişdi.