Prezident Donald Trampın addımları İranın nüvə proqramı üzrə razılaşmanın pozulmasına gətirərsə, ABŞ ağır bədəl ödəyəcək.
Baki-xeber.com-un xəbərinə görə, belə bir bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib. CNN-ə müsahibəsində İran prezidenti deyib ki, amerikanların belə bir nəticə istədiyinə inanmır. Ruhani deyib ki, sözügedən razılaşmanın pozulması Vaşinqtona yaxşı heç nə verməyəcək, üstəlik, onun beynəlxalq aləmdəki nüfuzuna da xələl gələcək.