Fransanın Marsel şəhərində 20 yaşlarında 3 amerikalı turistin üzünə sirkə turşusu atılıb.
Baki-xeber.com-un “La Provence” portalına istinadən xəbərinə görə, hadisə dəmiryol vağzalında baş verib və turistlər Marsellə Paris arasındakı Sent-Çarlz stansiyasında hücuma məruz qalıb. Yandırıcı məhlul onların ikisinin üzünə dəyib, lakin onların xəsarətlərinin ağır olub-olmaması barədə hələlik açıqlama verilmir. Digər ikisi isə hadisənin şokuna girdiyindən onların dördü də xəstəxanaya qaldırılıb.
Xəbərə görə, 41 yaşlı cinayətkar artıq tutulub. Onun qadın olduğunu bildirən şahidlərin sözlərinə görə, hadisəni törədərkən o çox sakit olub, “heç bir islamçı şüar səsləndirməyib” və qaçmağa təşəbbüs göstərməyib.
Güc strukturları hadisənin terakt olmadığını bildirib. Araşdırma aparılır.