Ölkəsində terror və digər cinayətlər törətməkdə şübhəli bilinən 3 Türkiyə vətəndaşı bir il boyu bütün Gürcüstan patriarxının evində gizlənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Rustavı-2” televiziyası patriarxın şəxsi mühafizə xidmətinin rəisi Soso Oxanaşviliyə istinadən xəbər yayıb. Onun sözlərinə görə, mühafizə xidməti ötən ilin aprelində patriarxın evində ölkəsində terrorizmdə, insan ölümü və oğurlanmasında suçlu bilinən 3 Türkiyə vətəndaşının gizləndiyindən xəbər tutub. Onlara bu şəraiti isə patriarxın referenti Şorena Tetruaşvili və Patriarzlıq universitetinin müşahidə şurasının üzvü Georgi Andriadze yaradıb. Lakin mühafizə xidmətinin rəisi deyib ki, patriarxın bundan xəbəri olmayıb. “Qruziya Online”a açıqlamasında Oxanaşvili bildirib ki, məsələdən xəbər tutan kimi işçilərini oraya göndərib, Türkiyə vətəndaşları isə məsələdən patriarxın xəbərdar olduğunu deyib. Bundan sonra mühafizə xidməti rəhbəri bu barədə güc strukturlarına xəbər versə də, ardınca maraqlı hadisələr yaşandığını deyir. Onun sözlərinə görə, həmin şəxslər ətrafında aparılan araşdırmalar nəticəsində onlardan birinin Türkiyədə insan ölümü və oğurluğu maddəsilə Interpol axtarışına verildiyi, digərlərinin terror törətməkdə şübhəli bilindiyi təsdiqlənsə də, əlaqədar qurumlar sığınacaq üçün müraciət etdiklərinə görə qanunla onların ölkələrinə verilməsini mümkünsüz sayıb.