Suriyanın hökumət qoşunları və müttəfiq qüvvələri Deyr-əz-Zor şəhərinin cənub-şərqində "İslam dövləti" terror qruplaşmasının yaraqlıları tərəfindən nəzarət edilən Mariiya və Huveycat rayonlarını azad edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə şəhərin azad olunması üzrə yaradılmış qərargah məlumat yayıb. Məlumatda deyilir ki, terrorçuların bir hissəsi Mayədin şəhəri istiqamətinə qaçıb, digər hissəsi isə Fərat keçərək Deyr-əz-Zorun şimalında gizlənib.