"Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılar 2019-cu ildən sonra Rusiyadan yardım ala bilməyəcəklər". Baki-xeber.com xəbər verir ki, bu barədə RBC qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Moskva hökuməti Krım və Kalininqrad bölgələrinə daha çox maliyyə vəsaiti ayırmağa çalışır və buna görə bəzi bölgələrə göndərilən humanitar yardımdan imtina oluna bilər. Bu barədə RBC-yə açıqlama verən mənbələr söhbətin konkret olaraq Donbas separatçılarından getdiyini bildirib.
RBC-nın əldə etdiyi məlumata görə, qarşıdakı üç ildə Krım, Sevastopol və Kalininqradda infrastruktur, səhiyyə, enerji və nəqliyyat sahələrinin inkişafı üçün 165 milyard rubl (2,9 milyard dollar) ayrılacaq.
Bununla belə, qəzetə yaxın qaynaqlar, Rusiyanın "humanitar yardımı" kəssə belə, Ukraynanın şərqində separatçılara maliyyə dəstəyini davam etdirəcəyi fikrindədir. Mənbənin sözlərinə görə, separatçıların maliyyələşdirilməsi gizli hökumət qərarlarının köməyi ilə həyata keçirilir.