Vaşınqtonun sanksiyalarına cavab olaraq yüzlərlə amerikalı diplomatı deportasiya edən Moskva, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəliklərinə də yeni məhdudiyyətlər qoyub. Baki-xeber.com xəbər verir ki, bu barədə, "Kommersant" qəzeti məlumat yayıb
Qəzet yazır ki, ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəlikləri qarşısında avtomobillərin park edilməsilə bağlı əvvəllər tanınmış imtiyazlar ləğv edilib.
Belə ki, Yekaterinburqdakı ABŞ və Böyük Britaniya konsulluqları qarşısında avtomobilləri park etmək üçün ayrılmış yerlərdə qoyulmuş "Yalnız konsulluq nümayəndələri park edə bilər" lövhələri götürülüb.
ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğunun qarşısında da avtomobillərin park edilməsi ləğv edilib, Vladivostok bələdiyyəsi isə ABŞ konsulluğunun qarşısında beton blokları götürüb.
Rəsmi şəxslər yeni qaydaların siyasətlə heç bir əlaqəsinin olmadığını deməsinə baxmayaraq, ekspertlər Rusiyanın ABŞ diplomatlarına verilən imtiyazları azaltmaq istədiyini bildirirlər.