İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanıb.
Baki-xeber.com-un məlumatına görə, bu barədə İstanbul şəhər Polis İdarəsinin şənbə günü yaydığı xəbərdə bildirilir. Xəbərdə o da qeyd olunur ki, İstanbul polisi həmin gün səhər saatlarında şəhərin 15 ayrı-ayrı ünvanında əməliyyat keçirib.
Saxlananların hamısının xarici ölkə vətəndaşı olduğu bildirilir. lakin onların şəxsiyyəti və hansı ölkənin vətəndaşları olması barədə məlumat açıqlanmayıb.