İspaniyadan müstəqil olmaq üçün hərəkətə keçən Kataloniya, Madrid rəhbərliyinin sərt reaksiyası ilə qarşılaşır. Baki-xeber.com xəbər verir ki, hökumət Kataloniya sərhədinə hərbi qüvvə yığmağa başlayıb.
İspan hökuməti, Kataloniya muxtar vilayətinin idarəçiliyinə ayrılan maliyyə vəsaitlərinə də nəzarəti ələ alır. İspaniyanın iqtisadiyyat naziri Kristobal Montoro, katalon rəsmilərinə bununla bağlı 48 saat vaxt verdiklərini bəyan edib.
İspaniya müstəqillik referendumunun qarşısını almaq üçün Kataloniya vilayətinə ayrılan maliyyə vəsaitlərinə də nəzarəti ələ alır. Nazirin sözlərinə görə, hökumətin Katalonyadakı əsas xidmətlərin ödənilməsi və dövlət işçilərinə maaşların ödənilməsini birbaşa ələ alır.
Hökumət bununla oktyabrın 1-də planlaşdırılan referendumun maliyyələşdirilməsinin qarşısını almağa çalışır.