KXDR-in növbəti raket atışının ardından Koreya prezidenti Mun Çje İn mümkün provokasiyalara qarşı silahlı qüvvələrin döyüş hazırlığının artırılması barədə əmr verib.
Baki-xeber.com-un xəbərinə görə, ölkə lideri bu barədə cümə günü Təhlükəsizlik şurasının iclasında bildirib. “Yonhap” agentliyinin xəbərində bildirilir ki, Koreya prezidenti, həmçinin, Pxenyanın kimyəvi və bioloji silah, ya da elektromaqnit impulsla işləyən silahlardan istifadəsinə qarşı da hazırlıq səviyyəsinin yüksəldilməsinə çağırıb.
Xatırladaq ki, cümə günü KXDR dana bir ballistik raket atışı həyata keçirib. Pxenyan rayonundan atılan raket Yaponiya üzərindən uçmaqla ümumilikdə 770 km məsafə qət edərək Sakit okeana düşüb.