Şimali Koreya cümə günü yenidən ballistik raket sınağı keçirib.
Baki-xeber.com-un xəbərinə görə, raket Yaponiyanın Hokkaydo adası üzərindən uçaraq sakit okeana düşüb. Yapon hökuməti bu barədə “J-Alert” təcili xəbərdarlıq sistemi vasitəsilə xəbər yayıb. Eyni zamanda Yaponiyanın şımal-şərq rayonlarının sakinləri təhlükəsizlik səbəbilə zirzəmilərdə və qapalı yerlərdə daldalanmağa çağırılıb. Həmçinin sakinlərdən xahiş olunub ki, raketin hissələri yaşayış yerləri ərazisinə düşərsə, təcili polisə xəbər versinlər.
Atılan raketin isə Hokkaydo adasının Erimo burnundan 2000 km şərqə düşdüyü xəbər verilir. Bu barədə açıqlamanı Yapon hökumətinin baş katibi Esixido Suqa verib. O deyib ki, raket Erimo burnunun üzərindən uçaraq 2000 km aralıda okeana düşüb. Baş katib onu da bildirib ki, ballistik raket atışı nəticəsində Yaponiya ərazisində hər hansı obyekt və ərazi sularında üzən dəniz nəqliyyatı vasitələri ziyan görməyib. Eyni zamanda raket atışının təyyarələrin uçuşuna hər hansı maneə törətmədiyi deyilsə də, ölkənin bir sıra şimal və şimal-şərq rayonlarnda sürət qatarlarının hərəkətinin dayandırıldığı bildirilir.
Xəbərdə o da xatırladılır ki, Pxenyan yaxınlığından atılan raket 1998-ci ildən bu yana KXDR-in Yaponiya üzərindən həyata keçirdiyi 6-cı analoji hadisədir. Yaponiyanın “Em-Net” təcili xəbərdarlıq sisteminin açıqlamasına görə, raket yerli vaxtla səhər saat 06:57-də buraxılıb, 7 dəqiqə sonra yaponiyanın hava əkanına daxil olub və yaponiya ərazisini 2 dəqiqəyə qət edərək 07:16-da okeana düşüb.