Moskvada 3 orta məktəb təxliyə olunub. Trend-in məlumatına görə, buna məktəblərə bomba qoyulması ilə bağlı anonim zənglərin daxil olması səbəb olub. Məktəblərdə dərhal təxliyə həyata keçirildikdən sonra axtarışlar aparılıb.
Peterburqda da 12 iri ticarət mərkəzinin əməkdaşı və müştəriləri təxliyə edilib. Təxliyə təhlükəsizlik xidmətinə həmin obyektlərə bomba qoyulması barədə anonim zəng daxil olması ilə əlaqədar aparılıb. Hazırda həmin ticarət mərkəzlərinin ətrafının nəzarətə götürüldüyü bildirilir.
Anonim zəng Peterburqun ayrı-ayrı rayonlarında yerləşən ticarət mərkəzlərini əhatə edib.
Qeyd edək ki, eyni hal Rusiyanın digər şəhərlərində də baş verib. Belə ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib.
Zənglərin heç biri öz təsdiqini tapmayıb.