ABŞ prezidenti Donald Tramp Amerika donanmasının İran limanlarına qarşı ABŞ-ın blokadasını pozmağa çalışan bir yük gəmisini saxlayaraq ələ keçirdiyini açıqlayıb.
19 apreldə Truth Social sosial media platformasında paylaşım edən Donald Tramp ABŞ donanmasının əvvəlcə Oman körfəzində İran bayrağı altında üzən Touska gəmisinə "dayanmaq üçün ədalətli xəbərdarlıq" verdiyini, sonra atəş açaraq onu ələ keçirdiyini bildirib.
Tramp bildirib ki, gəmi dayanmaqdan imtina etdiyi zaman ABŞ donanması "maşın otağında deşik açaraq" onu dayanmağa vadar edib.
Gəminin hələ də ABŞ-ın "nəzarətində" olduğunu bildirən Tramp, həmçinin, ABŞ dəniz piyadalarının gəmini nəzarətdə saxladığını və onun keçmiş qanunsuz fəaliyyətlərinə görə sanksiya siyahısında olduğunu açıqlayıb.
SAMİRƏ