Tramp Amerika hərbi gəmi donanmasının İrana doğru hərəkət etdiyini bəyan edib. Bu açıqlamanı etiraz dalğasından sonra gərgin münasibətlər fonunda verdiyini bildirən ABŞ Prezidenti, eyni zamanda, güc tətbiqindən çəkinməyə çalışdığını qeyd edib. Bu barədə CNN məlumat yayıb.
Davosdan qayıdarkən təyyarəsində jurnalistlərə danışan Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətli bir hissəsinin İrana doğru hərəkət etdiyini açıqlayıb və bunun "hər ehtimala qarşı" edildiyini deyib. O, bunun böyük bir qüvvə olduğunu və vəziyyət inkişaf etdikcə əlavə tədbirlər barədə qərar veriləcəyini bildirib.
Buna baxmayaraq, eskalasiyanın qarşısının alınacağına ümid etdiyini bildirən Tramp, İran hökumətinin etirazçıların edamını ləğv etdiyini açıqlaması da daxil olmaqla, vəziyyətin izlənilməyə davam etdiyini bildirib.
SAMİRƏ