ABŞ NATO-da 200-ə qədər vəzifəni azaldacaq. “Reuters” məlumat verir ki, burada söhbət NATO-nun komandanlıq məntəqələrində dislokasiya olunan personaldan gedir.
Mənbənin məlumatına əsasən, planlaşdırılan ixtisarlar barədə avropalı müttəfiqlərin bir hissəsi artıq məlumatlandırılıb.
Konkret olaraq, NATO-nun Böyük Britaniyada yerləşən kəşfiyyat mərkəzində və Brüsseldə yerləşən Müttəfiq Xüsusi Əməliyyatlar Komandanlıq Mərkəzində ixtisar olacaq. Həmçinin, bəzi dəniz əməliyyatlarına cavabdeh olan Portuqaliyadakı mərkəzdə də əməkdaşların sayı azaldılacaq.
İxtisarların səbəbi barədə heç nə deyilmir. NATO-da bildiriblər ki, yaranmış vəziyyət qeyri-adi deyil və alyans ABŞ ilə ortaq mövqedə sıx əlaqə saxlayır, bu da NATO-nun müdafiə və güclü çəkindirmə potensialının saxlanmasını təmin edir.
NAHİD