ABŞ prezidenti Donald Tramp İranın "ona qarşı sui-qəsd təhdidlərini" həyata keçirməyə cəhd edəcəyi halda, "onları yer üzündən silmək" üçün "çox qəti əmrlər" verdiyini bildirib.
"Əgər bir şey olarsa, bütün ölkə havaya uçurulacaq. Onlara mütləq çox sərt zərbə vuracağam" - Tramp deyib.
Məsələ ilə bağlı çox qəti təlimatlar verdiyini bildirən Tramp deyib ki, əgər bir şey olarsa, onları yer üzündən siləcəklər.
Tramp həmçinin keçmiş prezident Co Baydeni İranın ona yönəlmiş sui-qəsd təhdidlərinə kifayət qədər reaksiya verməməkdə günahlandırıb.
TAHİR