Finlandiya Prezidenti Aleksandr Stubb Davos forumu ərəfəsində ABŞ-ın Qrenlandiya ətrafındakı gərginliyi azaltmaq üçün "sauna diplomatiyası"ndan istifadə etməsini təklif edib. Bu barədə "The Washington Post" qəzetinə verdiyi müsahibədə bildirən Stubb saunanı Finlandiya mədəniyyətinin vacib bir hissəsi və sakit qərarlar qəbul etməyin yolu hesab etdiyini qeyd edib.
Finlandiya Prezidenti ABŞ-ın Qrenlandiya ilə bağlı açıqlamaları ilə bağlı çətin vəziyyətə Davosda həll yolu tapılacağına ümid etdiyini bildirib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə Stubbın sauna təklifini "Qərbin insan hüquqları və liberal dəyərlərə verdiyi önəmi ayaq üstə alqışlayıram" sözləri ilə şərh edib və bunu “absurd teatrı” adlandırıb.
SAMİRƏ