ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Vaşinqtonun Suriya siyasətində köklü bir dəyişikliyə işarə edən açıqlamalar verib.
ABŞ-ın strategiyasının tamamilə dəyişdiyini bildirən səfir, YPG/PKK terror təşkilatı ilə tərəfdaşlığın bitdiyini elan edib. Barrak YPG/PKK terror təşkilatı və onun Suriyadakı qolu olan SDF-nin İŞİD-lə mübarizədəki rolunun bitdiyini və təşkilatın Dəməşq hökumətinə inteqrasiya edilməli olduğunu vurğulayıb.
"YPG/PKK və SDF artıq bizim əsas tərəfdaşlarımız deyil" - deyən Barak bildirib ki,
YPG Dəməşqə inteqrasiya olunmalıdır.
Dəməşq administrasiyasının bölgəyə nəzarəti ələ keçirməyə hazır olduğunu bildirən səfir "Dəməşq artıq həm təhlükəsizlik məsuliyyətlərini öz üzərinə götürməyə istəkli, həm də hazırdır" deyib.
Bu açıqlamalar ABŞ-ın bölgədəki təhlükəsizlik məsuliyyətlərini Dəməşq administrasiyasına təhvil verməyə hazırlaşması və yerdəki varlığını yenidən qurması kimi şərh edilir.
TAHİR