Ukraynanın şərqindəki Donetsk bölgəsindəki Kostyantinivka üzərindəki səmada olan dronun ukraynalı pilot müharibənin ortasında ürək parçalayan bir mənzərə ilə qarşılaşıb.
Qarla örtülü yerə yaşayış bölgəsində böyük hərflərlə yazılmış bir mesaj onun diqqətini çəkib: "Xahiş edirəm, çörək".
Phoenix sərhəd mühafizə pilotsuz təyyarə bölməsinə məxsus pilot dərhal hərbi missiyasını dayandırıb və mülki şəxsə kömək edib.
Bölmənin açıqlamasına görə, "Maliuk" ləqəbli 19 yaşlı pilot Maksim mesajı havadan görüb. Qarın üzərindəki mesajın Kostyantinivkada yaşayan yaşlı bir qadın tərəfindən yazıldığı məlum olub. Pilot qadının qarda sözləri necə yazdığını yuxarıdan izləyib. Daha sonra dronla ona yemək çatdırılıb.
Pilot o anı bu sözlərlə təsvir edib: “Bu kimi mesajlar görəndə həmişə cavab verirəm. Onlar bizim xalqımızdır və biz onlara kömək etməyə borcluyuq. Biz onların yanındayıq.”
Çatdırılmadan sonra qarın üzərində “Təşəkkür edirəm” sözü yazılıb.
Fəal cəbhə xəttinin yaxınlığında yerləşən Kostyantinovka, Rusiya hücumları nəticəsində ciddi ziyan çəkib. Şəhərin böyük bir hissəsində infrastruktur dağılıb və əsas xidmətlər dayanıb. Bölgədə qalan mülki şəxslər qida, istilik və səhiyyə xidmətlərindən istifadə etməkdə ciddi çətinliklərlə üzləşiblər.
TAHİR
Sources: https://t.co/QgWKtBjeaihttps://t.co/l8LPLILXFehttps://t.co/Fpj0Bnc464 pic.twitter.com/VsoQlidxME — Audax (@AudaxonX) January 20, 2026
Sources: https://t.co/QgWKtBjeaihttps://t.co/l8LPLILXFehttps://t.co/Fpj0Bnc464 pic.twitter.com/VsoQlidxME