Şotlandiyanın müsəlman ilk baş naziri Həmzə Yusifin fələstinli həyat yoldaşı Nadia El-Naklan valideynləri ilə birlikdə İsrail və Fələstində baş verən hadisələrə görə, Qəzzada qapalı vəziyyətdə qalıblar. Bu barədə baş nazir Həmzə Yusif özü açılama verib.
Jurnalistlərə verdiyi açıqlamada, Yusuf, həyat yoldaşının Şotlandiyada yaşayan anası və atası ilə birlikdə qayınatasının 92 yaşlı xəstə anasını ziyarət etmək üçün Qəzzada olduqlarını və bölgədən çıxa bilmədiklərini bildirib.
İsraillilərin onlara bölgəni tərk etmələrini söylədiklərini, lakin ölkəni tərk etmələrinin mümkün olmadığını bildirən Yusuf, İngiltərə Xarici İşlər Nazirliyinin də təhlükəsiz keçidə zəmanət verə bilməyəcəyini qeyd edib.
"Bir çox insanın bildiyi kimi, həyat yoldaşım fələstinlidir. Anası və atası Şotlandiyanın Dandi şəhərində yaşayır. Onlar Qəzzada idilər və qorxuram ki, indi Qəzzada ilişib qalıblar" - Yusuf deyib.
Qayınanası və qayınatasının sağ qalıb-qalmamasından narahat olduğunu deyən Yusuf təlaş və kədərdən “gecələr yata bilmədiklərini” də sözlərinə əlavə edib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib və silahlılara qarşı genişmiqyaslı əməliyyata başlayıb.
TAHİR