Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaş abunə olub. Bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan Ermənistan mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 029 cinayət işi araşdırılıb, 1 063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon ABŞ dolları - Qeyd) ötüb. Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.
Mətləb