ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinə namizəd olmaq istəyənlərin sayı durmadan artır. Bu dəfə ABŞ Milli Basketbol Assosiasiyasının 4 qat çempionu Şakil O'Nil deyəsən ölkə başçısı olmaq niyyətindədir.
Məşhur basketbolçu öz sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə gündəmə gəlib. Belə ki, fotoda idmançının geyindiyi köynəyin üzərində “Şak 2024-cü il prezidentliyə doğru” yazılıb.
Xatırladaq ki, O'Nal karyerası ərzində ABŞ komandasının üzvü kimi dünya və Olimpiya çempionu olmaqla yanaşı, çox sayda digər titullar və nailiyyətlər də qazanıb.
Mətləb