HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatına müharibə elanı ilə cavab verən və Qəzzanı bombalayan İsrailə, ən böyük müttəfiqi ABŞ-dan böyük dəstək gəlib. Amerika bölgəyə çoxlu sayda döyüş gəmisi və döyüş təyyarəsi göndərmək qərarına gəlib.
Yardıma gedəcək donanmaya ölkənin ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Fordla yanaşı, F-35 və F-16-lar da daxil olmaqla bir çox döyüş təyyarəsi də daxildir.
Bundan əlavə, Amerika mətbuatı ABŞ-ın mümkün təxliyə planı üzərində işlədiyini də yazır.
Pentaqonun bildirilib ki, USS Gerald R. Ford, USS Normandy, USS Thomas Hudner, USS Ramage, USS Carney və USS Roosevelt gəmiləri ilə yanaşı, F-35, F-15, F-16 və A-10 döyüş təyyarələri də bölgə göndərilib.
Tahir TAĞIYEV