Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud bəyan edib edib ki, Səudiyyə Ərəbistanı gələn həftə regionda bir ilkə imza ataraq, hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirəcək.
“Biz etibarlı, şəffaf və uyğunlaşa bilən mexanizmimizi daxili bazara çıxaracağıq. Bu, Yaxın Şərqdə ilk hidrogen qatarı olacaq, sınaqları gələn həftə başlayacaq və bir neçə ay davam edəcək", - deyə nazir bildirib. Xatırladaq ki, hidrogen yanacağı ilə işləyəcək qatar atmosferə yalnız ekoloji cəhətdən təmiz su buxarı buraxacaq.
Mətləb