İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib. Bu barədə İsrail Baş Nazirliyinin mətbuat xidməti məlumata yayıb.
Bildirilir ki, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi və digər yüksək səviyyəli kəşfiyyat və təhlükəsizlik rəsmiləri təhlükəsizlik iclası keçiriblər.
İclasdan sonra ölkədə “müharibə vəziyyəti” elan edilib və iri hərbi əməliyyata başlamaqla bağlı qərar verilib.
Qeyd edək ki, İsrailin baş naziri Netanyahu 1973-cü ildən bəri ilk dəfə konstitusiyanın 40-cı maddəsini tətbiq edərək rəsmən müharibə vəziyyəti elan edib.
Baş nazirliyin açıqlamasında daha sonra deyilir "Qəzza zolağından törədilən qanlı terror hücumu İsraili müharibəyə məcbur etdi və müharibə 7 oktyabr 2023-cü il səhər saat 06:00-da başladı".
TAHİR